Gürcüstan Prezidenti: "Avropa İttifaqında Böyük Britaniyanı Gürcüstan əvəzləməlidir"

Gürcüstan Prezidenti: "Avropa İttifaqında Böyük Britaniyanı Gürcüstan əvəzləməlidir"
15:47 5 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

"Gürcüstan Avropaya inteqrasiya prosesini inkişaf etdirərək Avropa İttifaqı (Aİ) üzvlüyünə nail olmaq üçün Böyük Britaniyanın Aİ-ni tərk etməsindən istifadə etməlidir".
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu “Bloomberg”ə Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
“Mövcud vəziyyətə baxıb mümkün qədər ondan faydalanmaq niyyətindəyik”, - deyən dövlət başçısı Avropaya doğru ardıcıl olaraq irəliləyən bir ölkəyə Avropadan getdikcə uzaqlaşan ölkədən daha ögey münasibətin məntiqli olmadığını diqqətə çatdırıb.
“Avropa daim ciddi böhranlar sayəsində müvəffəqiyyətlərə nail olub”, - deyən Gürcüstan Prezidenti Aİ qapısını açmaq üçün “Brexit”in yaratdığı fürsətdən yararlanmağın vacibliyini dilə gətirib.


Xəbərin orijinal ünvanı: https://report.az/region/salome-zurabisvili-avropa-i-ttifaqinda-boyuk-britaniyani-gurcustan-eve

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR