İlqar Rəhimov: "İlk dəfə Qış Paralimpiya Oyunlarında iştirak etmək istəyirik"

İlqar Rəhimov: "İlk dəfə Qış Paralimpiya Oyunlarında iştirak etmək istəyirik"
15:52 5 Aprel 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

"İşlərimiz planlı şəkildə getsə, ilk dəfə 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştirak etmək istəyirik".
Bunu "Report"a açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov deyib. Rəhimov ötən bir il ərzində qış idman növlərinin fəaliyyətə başlamasına və təşəkkül tapmasına çalışdıqlarını deyib. Komitə rəhbəri buna nail olduqlarını da vurğulayıb: "Artıq milli kadrlardan ibarət yığma komandamız formalaşır. Sayları az da olsa, artıq komandamız var. Bunlar iki kişi və iki qadındır. Biz bunları digər idman növlərindən seçmişik ki, müəyyən qədər idmana hazırlıqlı və uyğun insanlar olsunlar". 
MPK sədri kişi və qadın idmançıların iki təlim-məşq toplanışında da iştirak etdilərini sözlərinə əlavə edib: "Hazırlıq prosesinin biri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və bir neçəsi "Şahdağ" Qış-Yay Turizm Kompleksində təşkil olunub. Yeri gəlmişkən, kompleksin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Qısa müddət olmasına baxmayaq, qadınlar İranda ilk dəfə qış idman növləri üzrə yarışlara qatılaraq, nailiyyətlər əldə ediblər və ilk medallarımızı qazanıblar. Bu, bizi çox sevindirir".
Rəhimov həmçinin bildirib ki, komandanın daha da ciddiləşməsi və təcrübə yığması üçün işləmək lazımdır. 
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları bu il ilk dəfə qış idman növlərində medallar qazanıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-lk-defe-qis-paralimpiya-oyunlarinda-istirak-etmek-isteyirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR