"Barselona" Messiyə yeni müqavilə təklif edəcək

"Barselona" Messiyə yeni müqavilə təklif edəcək
16:02 5 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubu Lionel Messiyə yeni müqavilə təklif edəcək.
"Report"un məlumatına görə, bu barədə klub prezidenti Xosep Mariya Bartomeu açıqlama verib. O, argentinalı hücumçu ilə sözləşməni 2017-ci ildə 4 il müddətinə uzatmalarına baxmayaraq, bir daha belə bir addım atmaq istədiklərini söyləyib: "Biz Messi ilə müqaviləni yeniləmək istərdik. O, hələ gəncdir, hazırkı sözləşməsinin bitiminə daha 2 il var. Amma daim öz üzərində çalışır. İnanıram ki, qarşıda neçə illəri var. Yaxın aylarda danışıqlara başlayacağıq ki, bu illərini komandamızda keçirsin. Messi bir klubun adamıdır. Məsələ təkcə meydanda etdikləri ilə bağlı deyil. Onun klubumuzla əlaqəsi uzun müddət davam edəcək. İstərdik ki, Messi həmişə "Barsa"da olsun".
Qeyd edək ki, Lionel Messi "Barselona"da 2003-cü ildən çıxış edir. Bu mövsüm 31 yaşlı hücumçu "Barselona"da ümumilikdə 39 oyuna 42 qol vurub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-dan-messiye-yeni-muqavile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR