Bakıda avtomobil qəzası baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Aeroport yolunda qeydə alınıb.
Şəhərdən Mərdəkan istiqamətində hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində, iki maşından biri olan "VAZ 2107" aşıb.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerində DYP əməkdaşları işləyir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: