Messiyə yeni müqavilə təklifi - Yaxın aylarda...

Messiyə yeni müqavilə təklifi - Yaxın aylarda...
16:24 5 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Barselona” klubu argentinalı futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edəcək.
 
ONA-nın məlumatına görə, bunu Kataloniya təmsilçisinin prezidenti Xosep Mariya Bartomeu açıqlayıb.
 
O bildirib ki, hazırkı dördillik anlaşma 2017-ci ilin noyabrında imzalansa da, klub rəhbərliyi yeni müqavilənin bağlanmasında maraqlıdır: “Biz müqaviləni yeniləmək istəyirik. O, hələ iki il anlaşma ilə bizə bağlıdır. Lakin hələ gəncdir və daim inkişaf edir. İnanıram ki, qarşıda hələ onun çox illəri olacaq. Yaxın aylarda danışıqlara başlayacağıq ki, Messi bu illəri də “Barselona”da keçirsin. O, bir klubun oyunçusudur. Söhbət təkcə onun meydanda etdiklərində deyil. Lionelin bizimlə əlaqəsi kəsilməyəcək.  Onun həmişə “Barselona”da olmasını istəyirik”.
Qeyd edək ki, L.Messi cari mövsüm keçirdiyi 39 oyunda 42 qol vurub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR