MDB xarici işlər nazirləri oktyabrda görüşəcəklər

MDB xarici işlər nazirləri oktyabrda görüşəcəklər
16:27 5 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

"MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası oktyabrın 10-da Aşqabadda keçiriləcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Şuranın Moskva şəhərindəki geniş tərkibli iclası zamanı MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
O, iclas zamanı İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi münasibətilə bəyanat layihəsinin təsdiqləndiyini, həmçinin MDB xarici işlər idarələri arasındakı tərəfdaşlığın artırılmasına dair protokol qərarının da qəbul olunduğunu qeyd edib.
XİNŞ iclasının MDB dövlət başçıları arasında görüşdən bir gün əvvəl keçiriləcəyi də diqqətə çatdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/mdb-xarici-isler-nazirleri-oktyabrda-gorusecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR