Paytaxtda maaşlar 4,6 faiz artıb

Paytaxtda maaşlar 4,6 faiz artıb
16:32 5 Aprel 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu il yanvar ayının ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 4,6 faiz artaraq 799 manat olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqını isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilər alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR