Azərbaycanlı qadın müğənniyə kriminal avtoritetdən BAHALI HƏDİYYƏ - FOTO

Azərbaycanlı qadın müğənniyə kriminal avtoritetdən BAHALI HƏDİYYƏ - FOTO
16:37 5 Aprel 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu günə qədər kişi çörəyi yeməmişəm"

Milli.Az xəbər verir ki, bunu tanınmış ifaçı Zahidə Günəş Tarix Əliyevin (Tolik) rəsmi Youtube kanalında aparıcılığını etdiyi "Tarix ilə səmimi" verilişində deyib.

Müğənni öz zəhməti ilə yaşadığını bildirib:

"İndiki zəmanədə təsəvvür edirsiniz, Zahidə kişi çörəyi yemir. Ruzulu insanam mən. Hər şeydən razıyam. 

Mənim bir fanat ordum var idi, 30-a yaxın dostdan ibarət idilər. Mən işə taksi ilə gedib gəlirdim. Bir gün işçilər mənə zəng etdilər ki, haradasan. Dedim çatıram. Gəldim gördüm al qırmızı rəngdə, yağın içində mənə təzə maşın. 2000-ci il idi. Bunu mənim musiqiçi dostlarım da bilir. O maşın orada da qalıb. Məni gətirən taksiyə zəng etmişəm, evimə gəlmişəm. Onda həyatımda da heç kəs yox idi, tənha idim, sevgi yaşamırdım. Bəlkə o maşını mən götürsəydim, indi Zahidə deyildim. Çox şeylər ola bilərdi. O elə bir insan idi ki... Fanat maşın hədiyyə edə bilməz. Bəlkə də mən indi həyatda yox idim". 

P.S. Müğənni müsahibə zamanı həmin şəxsin kriminal aləmin nümayəndəsi olduğu barədə məlumatı təkzib etməyib.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR