Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı BU TARİXDƏ keçiriləcək

Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı BU TARİXDƏ keçiriləcək
16:52 5 Aprel 2019
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə aprelin 10-da saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat aprelin 10-u saat 9:00-da başa çatacaq.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR