Milli Məclisin deputatı Cavanşir Feyziyevin kitabı macar dilinə tərcümə edilib

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı macar dilinə tərcümə edilib. Bu barədə Macarıstanda yayımlanan “Barsonyos Megyei Ujsag” qəzetində dərc olunan məqalədə məlumat verilir.

Metbuat.az xəbər verir ki, məqalədə kitabın yaxın vaxtlarda macar ictimaiyyətinə təqdim olunacağı qeyd edilir.

2013-cü ildə Azərbaycanda "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı nəşr olunub. 2014-2017-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak və rus dillərinə tərcümə edilərək bu ölkələrdə çap olunub. Kitabda təkcə türk xalqının şanlı tarixi əks olunmur, eyni zamanda, günümüzdəki problemlərinə də toxunulur.

Kitab altı fəsildən ibarətdir: I fəsil - tarixin gələcəyi, II fəsil - türk mədəniyyəti fərqli bir mədəniyyət nümunəsi, III fəsil - Avrasiya inkişafı perspektivləri və türk dövlətləri, IV fəsil - Birliyin beynəlxalq siyasətdəki və beynəlxalq hüquqdakı əhəmiyyəti, V fəsil - balanssız əsaslarla, VI fəsil - Türkiyə dövlətinin strategiyası. Həmçinin kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.

Qeyd edək ki, azərbaycanlı deputatın müəllifi olduğu "Türk Dövlətləri Birliyi" kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR