“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start verilib

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start verilib
17:07 5 Aprel 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran Prisi üçün vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start verilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, tamaşaçılar bu gündən etibarən vaueçerlərini şəhərin kassalarında biletlə dəyişə bilərlər. Bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.
Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız onun üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.
Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.
Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.az elektron ünvanına göndərmək olar. Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün www.bakucitycircuit.com saytına daxil olmaq lazımdır.
№: Satış nöqtələri: Ünvan: İş saatları: Fasilə: Əlaqə nömrəsi: 1 Park Bulvar Neftçilər Prospekti 92 10:00-22:00 - (+99477) 600 00 60 2 28 Mall 28 May m.; Azadlıq pr. 15A/4; 2-ci mərtəbə 10:00-22:00 - (+99412) 499 87 79 3 Gənclik Mall Gənclik m/s;
Fətəli Xan Xoyski 38; 3-cü mərtəbə 10:00-22:00 - (+99412) 599 15 60 4 Port Baku Neftçilər pr. 151 10:00-22:00 (+99477) 600 00 60 5 Kiosk 1 M.Ə.Rəsulzadə 3. (Azərbaycan k/t yaxınlığı) 10:30-18:30 15:00-16:00 (+99412) 598 17 72 6 Kiosk 2 Sahil m/s;
Bül-bül prospekti, Nizami küç. 11:00-19:00 15:00-16:00 (+99412) 598 17 74 7 Kiosk 3 Üzeyir Hacıbəyov küç. 69 (Hökümət evinin arxası) 10:00-18:00 14:00-15:00 (+99412) 598 17 73 8 Heydər Əliyev Sarayı Bül-Bül pr. 35 11:00-19:00 14:00-15:00 (+99412) 498 84 70 9 ASAN 1 Akademik H.Əliyev küç. 36 I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60 10 ASAN 2 Nobel prospekti 23, AMAY T.M 2-ci mərtəbəsi I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60 11 ASAN 3 Abbas Mirzə Şərifzadə 157, Yasamal I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60 12 ASAN 4 Sülh 197, Bakıxanov, Sabunçu I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60 13 ASAN Sumqayıt Bakı 15-ci məhəllə 42d, Sumqayıt I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00 14:00-15:00 (+99477) 600 00 60


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-azerbaycan-qran-prisi-ucun-vaucerlerin-biletlerin-esli-ile-deyisdirilmesine-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR