İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb
17:17 5 Aprel 2019
122 Digər
Ölkə mətbuatı
A- A+

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti yağışlı olacaq. 
Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.
Paytaxtda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/i-stirahet-gunlerinin-hava-proqnozu-aciqlanib0504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR