Nazir: “Diqlas”da yanğından zərər çəkməmiş malların inventarlaşdırılması başlayacaq

Nazir: “Diqlas”da yanğından zərər çəkməmiş malların inventarlaşdırılması başlayacaq
17:22 5 Aprel 2019
28 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aprelin 6-dan "Diqlas" ticarət mərkəzinin yanğından zərər çəkməmiş anbarlarında malların inventarlaşdırılması başlayacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

Ş.Mustafayev bildirib ki, inventarlaşdırılmadan sonra sahibkarlara ödəniləcək ziyanın məbləği müəyyən ediləcək.

Nazir daha sonra əlavə edib ki, ticarət mərkəzinin binasının bərpası mümkün deyil:

"Ticarət mərkəzinin yerində yenisi tikiləcək ya yox, bu, artıq ticarət mərkəzinin sahiblərindən asılıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR