Soğan idxalı rüsumdan azad ediləcək

Soğan idxalı rüsumdan azad ediləcək
17:29 5 Aprel 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanda soğan idxalı rüsumdan azad olunacaq, kələm, soğan və kartof ixracına isə rüsum tətbiq olunacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

Nazir bildirib ki, ölkədə soğan qiymətlərinin artması ilə əlaqədar monitorinqlər aparılır. Ş.Mustafayev əlavə edib ki, kələm qiymətlərində də artım müşahidə olunur:

“Bu məsələ bizi narahat edir və biz qiymət artımının səbəbini aydınlaşdırmağa çalışırıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR