Müəllimlərin YENİ diaqnostik qiymətləndirilməsi keçiriləcək?

Müəllimlərin YENİ diaqnostik qiymətləndirilməsi keçiriləcək?
17:34 5 Aprel 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi yeni diaqnostik qiymətləndirmənin keçirilməsinə münasibət bildirib.
 
ONA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib ki, 2014-cü ildən keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi ölkəni tam əhatə edib.
 
Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçməyən çox az sayda müəllim qalıb: “Burada Təhsil Nazirliyindən asılı olan məsələ yoxdur. Müəllimlərin səhhəti imkan verməyib, müxtəlif səbəblər olub ki, diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib”.
 
M.Camalzadə qeyd edib ki, may ayında diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR