"Barselona"nın prezidenti klubu Messisiz dövr üçün hazırlayır

"Barselona"nın prezidenti klubu Messisiz dövr üçün hazırlayır
17:37 5 Aprel 2019
65 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya nəhəngi "Barselona"nın prezidenti Xosep Bartomeu bilidirib ki, komanda Lionel Messinin karyerasını bitirməsini gözləyir.

Milli.Az Avropa mətbuatına istinadən xəbər verir ki, klub artıq Messinin əvəzinə futbolçular hazırlamağa başlayıb.

"Çox güman ki, üç, dörd və ya beş il sonra Messi deyəcək: "Futbolu bitirmək vaxtıdır". Biz artıq Messinin gedişindən sonrakı vəziyyət üçün hazırlaşırıq, çünki ən yaxşı klub olaraq qalmaq istəyirik. Biz gənc futbolçuları yüksək səviyyədə saxlamaq üçün onlara sərmayə yatırırıq - öz şagirdlərimizə necə, digər klubun yetirmələrinə də o şəkildə" deyə Bartomeu bildirib.

Komandada indi də gənc və perspektivli futbolçular var - Usman Dembele, Frenki de Yonq, Mark-Andre Ter Şteqen və s. Bunların hər biri Messidən sonra da çıxış edəcək.

Qeyd edək ki, ulduz futbolçu karyerasını bitirəcəyi ilə bağlı heç bir açıqlama verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR