Dövlət başçısı: “Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir”

Dövlət başçısı: “Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir”
17:42 5 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcək. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılış mərasimində deyib.
“Beləliklə, bu gün açdığımız bu gözəl qəsəbə həm bizim siyasətimizi, məcburi köçkünlərə qayğımızı, həm də ölkəmizin artan imkanlarını göstərir. Bu gün Azərbaycanda hər sahədə çox böyük quruculuq işləri aparılır - iqtisadi sahədə, sosial sahədə. Xəstəxanalar, məktəblər tikilir, yeni sosial obyektlər istifadəyə verilir, yollar salınır, köçkünlər üçün belə gözəl şərait yaradılır. Quruculuq, abadlıq, inkişaf bu gün Azərbaycanı fərqləndirən amillərdir”, - dövlət başçısı əlavə edib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-iqtisadi-ve-siyasi-cehetden-tam-musteqil-olkedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR