Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedir
17:47 5 Aprel 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-ordusunun-bas-qerargah-reisi-seudiyye-erebistanina-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR