Şahin Mustafayev bahalaşmadan DANIŞDI: Bazrlarda qiymət artımının səbəb...

Şahin Mustafayev bahalaşmadan DANIŞDI: Bazrlarda qiymət artımının səbəb...
17:53 5 Aprel 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkədə pərakəndə bazarlar daim nəzarətdədir və monitorinqlər aparılır. Gündəlik tələbata daxil olan məhsullara daha çox ciddi nəzarət olunur.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Son bir aya yaxındır ki, soğan, kartof və kələmin qiymətində bahalaşma müşahidə olunur. İqtisadiyyat Nazirliyi qiymətlərin artmasının səbəblərini araşdırır. Deyə bilərəm ki, qiymət artımı süni şəkildə baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir. Hökumət tərəfindən bununla bağlı müvafiq tədbirlər görüləcək. Bu məhsullara ixrac rüsumu tətbiq etmək niyyətindəyik. Soğanın dəyərinə spesifik idxal rüsumu tətbiq olunurdu. Kilosu 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Bu xüsusi rüsumun iki ay müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitoriqnlər davam etdiriləcək. İnanırıq ki, görülən tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək”, - deyə Ş.Mustafayev əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/274739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR