Nazir: "Soğan idxalı rüsumdan azad ediləcək"

Nazir: "Soğan idxalı rüsumdan azad ediləcək"
18:09 5 Aprel 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda soğan idxalı rüsumdan azad olunacaq, kələm, soğan və kartof ixracına isə rüsum tətbiq olunacaq".
 
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.
 
Nazir bildirib ki, ölkədə soğan qiymətlərinin artması ilə əlaqədar monitorinqlər aparılır. Ş.Mustafayev əlavə edib ki, kələm qiymətlərində də artım müşahidə olunur:
 
“Bu məsələ bizi narahat edir və biz qiymət artımının səbəbini aydınlaşdırmağa çalışırıq”.
(trend)

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR