Poqba maaşının artırılmasını tələb edir

Poqba maaşının artırılmasını tələb edir
18:22 5 Aprel 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyera Liqasında çıxış edən "Mançester Yunayted" oyunçusu Pol Poqba ilə müqaviləni yeniləmək istəyib, lakin futbolçu böyük məbləğdə pul tələb edib.

Milli.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "Real Madrid"ə keçidi gündəmdə olan bir zamanda öz maaşını qaldırmaq niyyətindədir. Hazırki müqaviləsinə əsasən, o, həftəyə 300 min funt-sterlinq qazanır. Müqavilə isə 2021-in yayında bitir.

26 yaşlı futbolçu maaşının həftəlik gəliri 500 min olan Aleksis Sançesin maaşına bərabər olmasını istəyir.

Qeyd edək ki, Zidan "Real"a məşqçi kimi qayıtdıqdan sonra komandanın əsas transfer hədəflərindən biri də Poqbadır.

Əliş Abdulla
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR