"İctimaiyyət gey futbolçuları qəbul etməlidir"

"İctimaiyyət gey futbolçuları qəbul etməlidir"
18:37 5 Aprel 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

Belçika yığmasının baş məşqçisi Roberto Martines hesab edir ki, futbol ictimaiyyəti qeyri-ənənəvi cinsin nümayəndlərini qəbul etməlidirlər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Martines futbol ictimaiyyətinin bu məsəldə tolerantlıq nümayiş etdirməli olduğunu deyib. O, gey futbolçuların paltardəyişmə otağında heç bir narahatlıq yaratmayacağını vurğulayıb:

"Paltardəyişmə otağı komandanın evidir. Orda sən müdafiə olunursan, hər kəs sənə hörmətlə yanaşır, səni sevirlər. Hesab etmirəm ki, gey futbolçuların paltardəyişmə otağında olması hansısa narahatlıq yaradacaq.

Əsas narahatlıq belə futbolçuların özlərinə iş tapa bilib-bilməyəcəyidir. Mənim üçün futbolçunun gey olub-olmamağının heç bir əhəmiyyəti yoxdur.

İnanmaq istəyirəm ki, cəmiyyət o dərəcədə inkişaf edib ki, belələrini qəbul etmək iqtidarındadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR