Futbolçunu oyun zamanı helikopterlə qaçırdılar

Futbolçunu oyun zamanı helikopterlə qaçırdılar
18:47 5 Aprel 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

Karyerasına bitirmək qərarına gələn Siciliya həvəskar çempionatında çıxış edən "Viaqrande" klubunun üzvü İqnasiyo Barbaqallo helikopterlə qaçırılıb.

Milli.Az "Fox Sports Italy" televiziyasına istinadən xəbər verir ki, "Viaqrande" və "Neobrodi" komandaları arasındakı görüşün ikinci hissəsində meydana helikopter enib və içində olan adamlar futbolçuların üzərinə qaçıb.

Qeyri-müəyyən şəxslər futbolçunun əl-qolunu bağlayıb, onu helikopterə mindirib və ərazidən uzaqlaşıblar.

Azarkeşlər və komanda üzvləri qorxu keçiriblər.

Lakin sonradan aydın olub ki, karyerasını qeyri-adi şəkildə başa vurmaq istəyən Barbaqallo bunu özü bilərəkdən hazırlayıb.

Bu hərəkətinə görə 55 yaşlı futbolçu 200 avro cərimələnib və 31 may 2019-a qədər oyunlardan uzaqlaşdırılıb.

Əliş Abdulla
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR