Messinin atası maşınla adam vurdu

Messinin atası maşınla adam vurdu
18:57 5 Aprel 2019
81 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın ulduz oyunçusu Lionel Messinin atası Xorxe Messi Argentinada qəza törədib.

Milli.Az Avropa mətbuatına istinadən bildirir ki, Xorxe idarə etdiyi maşınla bir motosikletçini vurub. Hadisədən sonra polislər onu tutub.

Polis bölməsində onun sənədləri yoxlanılıb və alkoqol testindən keçirilib.

Motosikletçi qəzanın ardından huşunu itirib və hadisə yerinə gələn ambulans onu xəstəxanaya çatdırıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Əliş Abdulla
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR