İradə İbrahimova: “Avtomobilsiz istirahət günü” ənənəsini həftənin digər günləri də davam etdirmək niyyətindəyik"

İradə İbrahimova: “Avtomobilsiz istirahət günü” ənənəsini həftənin digər günləri də davam etdirmək niyyətindəyik"
19:02 5 Aprel 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

"Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil çox həyat” devizi altında veloyürüşün keçirilməsində məqsəd ətraf mühitin qorunması üçün vətəndaşlara, gənclərə və gələcək nəsillərə bir çağırış etməkdir". 
Bunu “Reporta” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olan velosipedin təkcə sağlamlığa deyil, ətraf mühitə də xeyri var: "Hər kəsə məlumdur ki, gün ərzində avtomobillərdən atmosferə çoxlu miqdarda qaz və tüstü atılır ki, velosipeddən istifadə etməklə havaya atılan bu tullantıları minimuma endirmiş olarıq. Buna görə də əhalinin maarifləndirilməsi məqsədilə velo-turların, veloyürüşlərin keçirilməsi vacibdir.Dünyada ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosiped ölkəmizdə artıq idman kultuna çevrilib, istəyirik ki, eko kulta da çevrilsin. Hesab edirəm ki, avtomobildən istifadə edib benzin işlətməkdənsə, velosipeddən istifadə edib kalori itirmək daha yaxşıdır. “Avtomobilsiz istirahət günü” ənənəsini sonralar, həftənin digər günlərində də davam etdirmək niyyətindəyik".
Xatırladaq ki, aprelin 7-də “Velopark”da “Az avtomobil - çox həyat” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə veloyürüş keçiriləcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-rade-i-brahimova-avtomobilsiz-istirahet-gunu-enenesini-heftenin-diger-gunleri-de-davam-etdirmek-niyyetindeyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR