İrandan narkotik vasitə və psixotrop maddənin gətirilməsinin qarşısı alınıb

İrandan narkotik vasitə və psixotrop maddənin gətirilməsinin qarşısı alınıb
19:07 5 Aprel 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı özünü şübhəli və narahat apardığına görə saxlanılıb və şifahi sorğu-sual edilib.
Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.
Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın əynində olan şalvarın cibindən çıxartdığı portmanatın içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan paketdə 0,5 qram ağ, kristal formada psixotrop maddə-metamfetamin, şalvarın kəmər hissəsindəki etiketin altında isə 1 ədəd sellofan bükümdə üzərində F/M40 nişanəsi olan 5 ədəd "metadon" adlı dərman preparatları aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-randan-narkotik-vasite-ve-psixotrop-maddenin-getirilmesinin-qarsisi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR