“Şou-biznesdə ikinci Flora Kərimova görmürəm”

“Şou-biznesdə ikinci Flora Kərimova görmürəm”
00:31 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Flora Kərimova oxumaq üçün darıxıb.

Axşam.az-ın məlumatına görə, bir müddətdir səsində problem yaranan və bu səbəbdən əməliyyat olunan müğənni həkimlərin ona qadağa qoyduğunu deyib:

“Əməliyyatdan sonra mənə hələ oxumaq olmaz. Həkimlər nə vaxt icazə versələr, onda da oxuyacam. Ümid edirəm ki, bu, bir il çəkməz. Artıq çox gözəl bir repertuar hazırlamışam. İndi müayinədən sonra hər şey aydın olacaq”.

Yeniliklərindən danışan F.Kərimova gənclərə hər zaman dəstək olduğunu söyləyib:

“Tural Bakuvidən yeni bir mahnım var. Bir çox gənc bəstəkarla işbirliyinə başlamışam. Müğənnilər Ramal və Rövşən Civişovla duetlərimiz olacaq. Mənim bir üsulum var, bir müğənniyə dəstək olmaq istəyəndə onunla duet oxuyuram. Onda mənə daha asan olur. Kliplər çəkdirəcəm. Mahnımı gənclərin oxumasına da normal baxıram. Mahnı yazıldısa, oxunuldusa, təqdim olundusa, nə bəstəkarın, nə şairin, nə də ki, müğənninin ixtiyarı yoxdur kiməsə desin, onu ifa etmə.

Mahnımı oxuyan ifaçılara bir tövsiyəm var, məndən sonra onları sevdirmək çətindir. Çox diqqətli olsunlar ki, bir müğənni kimi gözdən düşməsinlər. Təəssüf ki, bu gün yerli şou-biznesdə ikinci bir Flora Kərimovanı görmürəm. Məndəki 4 aktavalı səs, mahnıya olan münasibət heç kimdə yoxdur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR