Azərbaycanın ixrac missiyası Riqaya gedir

Azərbaycanın ixrac missiyası Riqaya gedir
19:22 5 Aprel 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası aprelin 7-də Latviyanın Riqa şəhərinə yola düşəcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının artırılması məqsədi ilə təşkil olunan ixrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq.
İxrac missiyası 7-10 aprel tarixilərini əhatə edəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-ixrac-missiyasi-riqaya-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR