Kanallarımızdakı eynitipli verilişlər

Kanallarımızdakı eynitipli verilişlər
19:27 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə hər nə qədər "Mən bizim kanallara baxmıram" cümlələrinə rast gəlsək də, televiziyalardakı reytinq və həmin proqramlara gələn sponsorlar bunun əksini sübut edir.

Əksər hallarda isə bir layihənin uğurlu olduğunu görən rəqib kanal eyni formatlı verilişlə digərinin qarşısına çıxır. "Sponsor ovu"na çıxan bu kanallar daha çox reytinq və gəlir üçün verilişini bəzən rəqibi ilə eyni saatda yayımlayır.

Bütün bunlar isə tamaşaçıya seçim qoymur və "Çevir tatı, vur tatı" deyimi kimi televiziyanı standartlaşdırır. Nəticədə bir kanal digərindən heç bir özəlliyi ilə fərqlənmir.

Milli.Az axşam.az-a istinadən sizə televiziyalarımızda bu qəbildən olan layihələri təqdim edir:

"Səni axtarıram" və "Bizimləsən"

İlk dəfə Xoşqədəm Hidayətqızının layihəsi olaraq ATV-də yayımlanan "Səni axtarıram"ın uğurlu olması, Zaur Baxşəliyevin də bənzər layihəyə əl atmasına səbəb oldu. Nəticədə hər iki aparıcı arasında nifaq yarandı və bu problem "Səni axtarıram"ın əvvəlcə, keçmiş ANS TV-yə, daha sonra isə "Xəzər" TV-yə transferinə səbəb oldu.

İndi isə "Xəzər" TV-də yayımlanan "Səni axtarıram"ın qarşısında bir o qədər uğurlu və zəhmətli "Bizimləsən" dayanır. Hər iki sosial layihədə insanlar problemlərinə çarə tapır, itkin düşənini axtarır.

"Banu" və "Ənənə boğçası"

"Space" TV-ni "Hind toyu" ab-havasından çıxarıb, bir saatlıq "Azərbaycan toyu" rejiminə gətirən Günel Həsənzadənin "Banu" verilişinin əvvələr rəqibi olmasa da, daha sonra Leyla Mustafazadə "Ənənə boğçası" ilə həm tamaşaçıların, həm də onun qarşısına çıxmağa başladı

İllərdir toy ənənələri barədə azərbaycanlılara bir sıra qayda-qanunu aşılayan, adətlərin mənfi və müsbət tərəfini sevincli şəkildə nümayiş etdirirlər.

Onlar xalqımızın tabu adətləri - "Yengəlik", "Qırmızı lent" və digər mental dəyərlər barədə danışaraq, reytinq savaşına girirlər.

"Evdəkilərə salam" və "Ulduzlu yayım"

İllərdir məşhurların evinə girib hamını "salamlayan" Aytəkin Mərdanovanın verilişi - "Evdəkilərə salam" Zaur Kamalın "Ay Zaur" proqramının "update" olunmuş versiyası olsa da, onun da qarşısında rəqibi var.

Qərinələrə dayan bu formatı isə ATV-də Günay Firudinqızı "Ulduzlu yayım" adı ilə ötən yaydan etibarən aparır. Hər iki verilişdə məşhur birinin evinə ya həmkarları, ya da şou-biznes və mədəniyyət aləmində olan tanınmış şəxslər qonaq olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR