Elmar Məmmədyarov: Həmişə erməni dostlarımızdan soruşuram...

Elmar Məmmədyarov: Həmişə erməni dostlarımızdan soruşuram...
19:33 5 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı Vyana görüşü kəsişmə nöqtələrinin ağır da olsa, tapıldığını göstərib. Təbii ki, bunun tez bir zamanda düzələcəyini heç kim ummur. Qurub düzəltmək lazımdır”.

Publika.az "Report"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

“Görün, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşündən üç saat sonra Ermənistan müdafiə naziri hədə-qorxu dolu bəyanat verir. Fikrimcə, bu, əlbəttə ki, hansısa daxili auditoriyaya ünvanlanıb. Məsələnin mahiyyəti əsas götürülməlidir. Mən həmişə erməni dostlarımızdan soruşuram: 30 ildir bu münaqişə gedir, Ermənistan vətəndaşlarına bunun da faydası olub, görəsən? Ölkədə yoxsulluq səviyyəsi 40 faizdən yuxarı, perspektiv görünmür, demoqrafik vəziyyət fəlakət həddində, ən ağıllı kim varsa, baş götürüb qaçır. Bütün bunlar bir çarə axtarıb tapmağı zəruri edir. Vəziyyəti təhlil edərkən bunlar mütləq dərk olunmalıdır”, - deyən nazir əhalinin sülhə hazırlamağın vacibliyini də dilə gətirib: “Azərbaycan ötən illər ərzində iqtisadiyyatını inkişaf etdirərək regionun lider ölkəsinə çevrilib. İndi top ermənilərin tərəfindədir. Onlar, əvvəla, öz əhalisinə başa salmalıdırlar ki, münasibətlər qurulmadan Ermənistanın gələcəyi yoxdur. İrəli getmək lazımdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/274747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR