"Bakıda ilk dəfə yarışacağam" - Şumaxerin oğlu

"Bakıda ilk dəfə yarışacağam" - Şumaxerin oğlu
19:37 5 Aprel 2019
96 İdman
Ölkə mətbuatı
A- A+

"Düzü, mən belə nəticə göstərəcəyimi gözləmirdim".

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu yeddi qat "Formula 1" çempionu Mixael Şumaxerin oğlu Mik deyib.

O, Bəhreyn trasında "Ferrari" və "Alfa Romeo" bolidləri ilə test yürüşü edib. "Formula 3"ün hazırkı çempionu və "Formula 2"nin debütantı "Ferrari" ilə ikinci, "Alfa Romeo" ilə isə altıncı ən sürətli pilot olub.

"Hər şey çox pozitiv keçdi. Komanda ilə işləmək çox asan oldu. Hər iki komanda da mənə bilməyim lazım olan nöqtələri öyrənməkdə çox kömək etdilər", - deyə Mik Şumaxer bildirib.

Daha sonra o, "Formula 2"də növbəti yarışı olacağı Azərbaycan Qran-Prisi barədə danışıb:

"Bu andan etibarən nələr olacağını bilmirəm. Yenidən "Formula 2"də yarışmağı səbirsizliklə gözləyirəm. Bakı xüsusi trasdır, orda ilk dəfə iştirak edəcəyəm. 

Simulyatorda "Prema" ilə çox işləyəcəyəm və bunun üçün hazırlaşacağam. Burada öyrəndiklərimdən istifadə etməyə çalışacağam".

Qeyd edək ki, Azərbaycanda bu il "Formula-1" və "Formula-2" yarışları 26-28 aprel tarixlərində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR