Erməni oliqarx Paşinyanı istefaya göndərmək istəyir…

Erməni oliqarx Paşinyanı istefaya göndərmək istəyir…
19:52 5 Aprel 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Nikol Paşinyanın öz komandasından narazılığı artmağa başlayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyanın komandasından narazılığının səbəblərindən biri də parlamentdə "Mənim addımım" bloku üzvləri arasında yaranan gərginlikdir.

"Bəzi dəyərləndirmələrə əsasən, Paşinyan hökuməti təkcə hər gün itirdiyi reytinq, iqtisadiyyatın çökməsi, investisiyaların yoxluğu ucbatından yox, həm də parlament ucbatından zəifləyir. Parlamentdə ciddi iş sayəsində hər dəqiqə yeni çoxluq formalaşdırmaq mümkündür. Bu iddialar son zamanlar Edmon Marukyan və erməni oliqarx Qagik Çarukyanın yaxınlaşması şayiələrindən sonra daha da güclənib", - məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı "Mənim addımım" blokunun deputatları arasında fikir ayrılığının güclənməsi barədə məlumat yayıb. Mətbuat fikir ayrılığının xüsusilə Mülki Müqavilə Partiyasına üzv deputatlarla partiyaya üzv olmayan deputatlar arasında olduğunu bildirib. Narazılığa əsas səbəb partiya üzvü olmayan deputatların blok rəhbərliyi ilə hesablaşmaq istəməməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/armenia/744643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR