Horadizdə “Aprel zəfəri” adlı konsert proqramı keçirilib

Horadizdə “Aprel zəfəri” adlı konsert proqramı keçirilib
19:57 5 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri" adlı konsert proqramı keçirilib. 
"Report"un məlumatına görə, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və N saylı hərbi hissənin əsgərlərinin iştirak etdiyi tədbirdə tanınmış incəsənət ustalarının ifasında musiqilər təqdim olunub. 
Çıxış edənlər Aprel döyüşlərinin düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdiyini, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdığını vurğulayıblar. 
Xatırladaq ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/horadizde-aprel-zeferi-adli-konsert-proqrami-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR