“Konor Həbiblə küçədə üz-üzə gəlsəydi, indi həyatda yox idi”

“Konor Həbiblə küçədə üz-üzə gəlsəydi, indi həyatda yox idi”
19:57 5 Aprel 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əziz Konor Makreqora xəbərdarlıq edib. 
 
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Konor Həbibin həyat yoldaşı haqda təhqiramiz ifadə işlətmişdi. Əli Əbdel-Əziz ondan belə təhqirləri dayandırmağı tələb edib: 
 
"Mən Konor haqda bəzi ifadələr işlətmişəm. Elə Həbib də nələrsə deyib. Ancaq Koner bu məsələdə ağ edib. 
 
Konor, xəbərdarlıq edirəm, sən belə etməklə özünə pislik edirsən. Sən öz komandana pislik edirsən. Nə qədər ki, hamını pis vəziyyətdə qoymayıbsan, dayan. 
 
Biz aqressiyanı yox, sülhü təbliğ edirik. Həbib haqqında nə istəyirsən, deyə bilərsən. Amma onun həyat yoldaşı, xalıq, dini haqda danışmaq olmaz. 
 
İnanın mənə, əgər Həbiblə Konor küçədə ölüm döyüşündə üz-üzə gəlsəydilər, indi Makreqor həyatda yox idi". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR