Bakıda gəlin maşını qəza törətdi

Bu gün axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb.

Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir.

Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR