Seda Sayanı təhqir edən şəxsə CƏZA VERİLDİ

Seda Sayanı təhqir edən şəxsə CƏZA VERİLDİ
20:27 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Evlənmə verilişləri ilə məşhurlaşan Zekeriya Atak sosial şəbəkədə yayımladığı video çarx ilə Seda Sayan və keçmiş sevgilisi Erkan Çeliki təhqir edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu səbəbdən hakim qarşısına çıxarılan Ataka cəza verilib. Hakimin hökmü ilə Zekeriya 1800 lirə (600 manat) cərimə ödəyəcək.

2016-cı ilin fevral ayında Zuhal Topalın aparıcısı olduğu evlənmə verilişində iştirak edən Zekeriya "Türkiyə şəhid verdi, siz burda oynadınız" deyərək studiyanı tərk edib. Bu hadisədən sonra isə aprel ayında sosial şəbəkədə video yayımlayaraq verilişə onu Seda Sayanın göndərdiyini və bu iş üçün 4.350 lirə aldığını iddia edib. Sayan və sevgilisi Erkan Çelikin şikayətindən sonra cinayət işi açılıb. Prokuror 2 il 6 ay həbs cəzası istəsə də, hakim Zekeriyanı cərimələyib. O, 90 gün ərzində hər gün 20 lirə cərimə ödəyəcək.

Zuhal Topal isə 10 min lirə (3500 manat) mənəvi təzminat ödəyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/744634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR