Marşal daha bir şəhəri ələ keçirdi - Hökumət qaçdı

Marşal daha bir şəhəri ələ keçirdi - Hökumət qaçdı
20:32 5 Aprel 2019
74 Dünya
Ölkə mətbuatı
A- A+

Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun döyüşçüləri Tripolinin cənub-qərbindəki bir neçə rayonu tutub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,"Hazırda şəhərin küçələri boşalır. Görünür, demək olar ki, bütün sakinlər şəhəri tərk etməyi seçiblər. Artıq bir neçə rayon Liviya Milli Ordusu tərəfindən tutulub", - Liviya Milli Ordusuna yaxın mənbə bildirib.

Ordudan verilən məlumatda həmçinin hələlik bölgədə qarşıdurmaların yaşanmadığı və sadəcə dəstələrin xırda hücumlar etdiyi qeyd olunub.

Tripoliyə nəzarət edən Milli Razılıq hökuməti ona tabe olan qoşunları döyüş hazırlığı vəziyyətinə gətirib.

BMT Baş katibi Antonio Quterreş Liviya ordusunun rəhbəri Xəlifə Haftarın hücumuna rəğmən, Liviyanın paytaxtı Tripolidən Tobruk və Benqaziyə gedəcək.

Bu məlumatı Quterreş öz Tvitter səhifəsində paylaşıb.

"Mən Tripolidən Tobruk və Benqaziyə uçacağam. Mənim hədəflərim əvvəlki kimi qalır. Biz hərbi qarşıdurmadan qaçılmasına çalışırıq. Mən yenidən təkrar edirəm ki, Liviya böhranının hərbi həlli yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Xəlifə Haftarın paytaxtın terrorçulardan təmizlənməsi və şəhərin 48 saat ərzində azad edilməsi ilə bağlı əmr verdiyi bildirilmişdi.

***

Liviya ordusu Tripoli yaxınlığında yerləşən Qaryan şəhərini alıb.

Bunu jurnalistlərə açıqlamasında Qaryan şəhərinin meri Baxul əs Seyid deyib. Onun sözlərinə görə, Qaryan heç bir müqavimətsiz orduya təhvil verilib.

Bundan öncə Tripolinin cənub-şərqi Liviya ordusu tərəfindən ələ keçirilib. Bunun nəticəsində Liviya hökuməti Tripolini tərk edərək, Tunisə qaçıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR