AFFA Avropa Liqasının final oyununun təbliği məqsədi ilə sərgidə iştirak edib

AFFA Avropa Liqasının final oyununun təbliği məqsədi ilə sərgidə iştirak edib
20:42 5 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

AFFA Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində iştirak edib.
"Report"un məlumatına görə, məqsəd Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununun təblığatıdır. 
Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun dəstəyi və iştirakı ilə təşkil olunmuş sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri, sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edirlər. Aprelin 4-dən başlayan sərgiyə sabah yekun vurulacaq. 
Qeyd edək ki, Avropa Liqasının finalı may 29-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-avropa-liqasinin-final-oyununun-tebligati-meqsedi-ile-sergide

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR