Ərdoğan Moskvaya niyə gedir? - Uşakov açıqladı

Ərdoğan Moskvaya niyə gedir? - Uşakov açıqladı
20:42 5 Aprel 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Moskvada Ankaraya S-400 sistemlərinin verilməsi məsələsini müzakirə edəcəklər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıb.

"S-400 "Triumf" sistemlərinin çatdırılması ilə bağlı müqavilə ətrafında bir çox söhbətlər var. Təbii ki, prezidentlər bu məsələni müzakirə edəcəklər", - Uşakov bildirib.

Uşakovun sözlərinə görə, tərəflər həmçinin ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarını, "Türk axını" qaz kəmərinin tikintisini, "Ağquyu" nüvə elektrik stansiyası layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/turkey/744640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR