Xərçəngə tutulan insanlardan neçəsi həyatını itirir? - ŞOK STATİSTİKA

Xərçəngə tutulan insanlardan neçəsi həyatını itirir? - ŞOK STATİSTİKA
20:54 5 Aprel 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il dünyada  xərçəng xəstəliyindən 9,6 milyon insan həyatını itirib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bunu Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

Bildirilib ki, xərçəng ürək xəstəliklərindən sonra ölümə yol açan ikinci xəstəlikdir. Xəstəliyin müalicəsində ən vacib məsələ erkən diaqnozun qoyulmasıdır.

Erkən diaqnoz xəstəliyin daha tez müalicə olunmasına kömək edir. ÜST onu da bildirib ki, son altı ildə xərçəng xəstəliyinə tutulma sayı 4 milyon artaraq 18 milyona çatıb.

2030-cu ildə 22 milyon yeni xərçəng hadisəsi ortaya çıxa bilər.

Qeyd olunub ki, dünyada hər il 14 milyon insan bu xəstəliyə tutulur ki, onlardan da 8 milyonundan çoxu həyatını itirir.

 

Aparılan araşdırmalara görə, kişilərdə daha çox görülən xərçəng xəstəlikləri ağçiyər, prostat, yoğun bağırsaq, sidik kisəsi və  mədə xərçəngi, qadınlarda isə döş, tiroid, yoğun bağırsak, uşaqlıq və ağçiyər xərçəngləridir. 

Uşaqlarda isə uşaqlıq dövrü qan xərçəngi ən çox görülür. Bu siyahını

lenfoma və mərkəzi sinir sistemi şişləri təqib edir.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR