“Facebook”da növbəti qalmaqal - Bu dəfə 540 milyon istifadəçinin...

“Facebook”da növbəti qalmaqal - Bu dəfə 540 milyon istifadəçinin...
20:57 5 Aprel 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

İnformasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış "UpGuard" şirkəti 540 milyondan çox "Facebook" istifadəçisinin məlumatının internetdə yerləşdirilməsi haqqında məlumat yayıb.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, istifadəçilərin məlumatı Meksikanın "Cultura Colectiva" rəqəmli platformasında aşkar edilib.

Bundan başqa, artıq mövcud olmayan "At the Pool" proqramında ad, parol, elektron poçt ünvanları və başqa məlumatlar əlçatan olub.

Qeyd edək ki, son zamanlar "Facebook" şəxsi məlumatların itkisi ilə bağlı çoxsaylı qalmaqalların mərkəzindədir. Avropa İttifaqının yeni qanunvericiliyinə əsasən, məlumatların təhlükəsizliyinə riayət etməyən şirkətlər gəlirlərinin 4%-dək hissəsini ödəməli olacaqlar.

Xatırladaq ki, 2018-ci il sentyabrın sonunda "Facebook" sosial şəbəkəyə müdaxilə aşkar etmişdi. Hakerlər "Facebook"un proqramlaşdırma kodunda boşluqdan istifadə edərək istifadəçi hesabları üzərində nəzarəti ələ keçirmişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/744645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR