NASA astronavtları Aya Falcon Heavy raketləri ilə göndərəcək

NASA astronavtları Aya Falcon Heavy raketləri ilə göndərəcək
21:17 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

NASA astronavtları Aya göndərəcək Orion missiyasını Falcon Heavy raketləri ilə həyata keçirməyi nəzərdə tutur. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı kosmik agentlikdə geniş müzakirələr aparılıb.

NASA-nın rəhbəri Cim Braydenstayn bildirib ki, Falcon Heavy raketləri və ICPS (Interim Cryogenic Propulsion Stage) raket nərdivanları 2022-ci ildə astronavtları Aya endirmək üçün ən yaxşı vasitələrdir. Onun sözlərinə görə, bunun üçün Orion kosmik gəmisinin Marsa və Aya uçacaq qədər yanacaqla təmin olunması problemi həll edilməlidir. NASA-nın rəhbəri əlavə edib ki, texniki detalların həlli qarşıdakı 3 ildə ən başlıca vəzifələr olacaq.

NASA-nın rəhbəri Cim Braydenstayn mart ayında keçirilən görüşdə ABŞ-ın vitse-prezidenti Mayk Pensi əmin edib ki, missiyanın ilk sınaq uçuşu 2020-ci ildə həyata keçiriləcək, 2022-ci ildə isə Aya pilotlu kosmik gəmi göndərmək mümkündür. O qeyd edib ki, Falcon Heavy raketi maksimal konfiqurasiyada Yerətrafı orbitə 64 ton yük çatdıra bilər.

Amerikanın Lockheed Martin şirkətinin 2014-cü ilin dekabrında hazırladığı Orion kosmik gəmisi ilk uçuşunu həyata keçirib. Raketdaşıyıcının kosmosa ilk uçuşu isə 2020-ci ildə həyata keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR