Hamı bu günü gözləyirdi: BAKIYA ÇATDI

Hamı bu günü gözləyirdi: BAKIYA ÇATDI
21:18 5 Aprel 2019
128 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbuldan yola düşən ilk blok qatarı Bakıya çatıb.

Publika.az xəbər verir ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Azərbaycan, TürkiyəGürcüstan dəmir yollarının dəstəyi ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir xətti üzərindən həyata keçirilib.

Son illər ölkə daxilində nəqliyyat infrastrukturuna xeyli vəsait qoyulub. Xəzər dənizində ən böyük ticarət limanı da məhz Azərbaycana məxsusdur. Ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılmasında mühüm rol oynayır. Regionun avtomobil, dəmir və dəniz yollarını birləşdirən logistik mərkəzlərin yaradılması hesabına Azərbaycan Qərbi Şərqə qovuşdurur. Yükdaşımada Azərbaycan ərazisindən istifadə olunması isə xərcləri azaldır.

Abşeron Logistika Mərkəzinin gündəlik yükdaşıma gücü 30 min tona bərabərdir. Bu isə il ərzində 11 milyon ton deməkdir. Ölkəmizin tranzit və logistik potensialından daha səmərəli istifadəyə Bakı-Tbilisi-Qars dəmir yolu da geniş imkanlar yaradacaq.

Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Proqnozlara görə, bu dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton yük daşınacaq, yükdaşımalardan başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/274754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR