Paşinyanın yanında bir-birilərinə söydülər

Paşinyanın yanında bir-birilərinə söydülər
21:27 5 Aprel 2019
121 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyan onun yanında söyüşərək əlbəyaxa olmaq istəyən mer və deputatı sakitləşdirməyə məcbur olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Paşinyan ölkənin ikinci böyük şəhəri Gümrüdə jurnalistlərə müsahibə verərək yol tikintisinin yubadılması və bunun da sakinləri narahat etdiyini bildirib. Bu zaman Gümrü şəhərinin meri Samvel Balasanyan və deputat Sarik Minasyan arasında qızğın mübahisə yaranıb. Onlar bir-birini təhqir etməyə başlayıblar və əlbəyaxa dava-dalaşa cəhd ediblər. Baş nazirin bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, mer və deputat ona məhəl qoymayaraq söyüşləri və hədələri davam etdiriblər. Jurnalistlərin qarşısında bu biabırçı vəziyyətin davam etməsini görən Paşinyan deyib:

"Siz hələ küçə dava-dalaşına da başlamaq istəyirsiniz. Dərhal sakitləşin!"

Erməni mətbuatı yazır ki, baş nazirin əsəbi şəkildə irad bildirməsindən sonra mer və deputat ərazidən uzaqlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR