ABŞ-da hərbi bazada silahlı insident - Ölən və yaralanan var

ABŞ-da hərbi bazada silahlı insident - Ölən və yaralanan var
21:32 5 Aprel 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Oseana hərbi dəniz bazasında silahlı insident baş verib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Virciniya ştatının Virciniya Biç şəhərində qeydə alınıb.

Belə ki, səhər saatlarında hərbi bazanın ərazisində park yerində naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir nəfər də yaralanıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR