SOCAR Rusiya ərazisində neft yataqlarının satın alınması barədə

SOCAR Rusiya ərazisində neft yataqlarının satın alınması barədə
21:52 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Rusiya ərazisindəki Antipino neft emalı zavodunun və yataqların satın alınması barədə investisiya qərarı yoxdur.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.

O bildirib ki, SOCAR müntəzəm olaraq investisiya üçün imkanları nəzərdən keçirməklə bazarların təhlilini aparır:

"Antipino neft emalı zavodunun və yataqların satın alınmasına gəldikdə isə, hələlik bu layihələr üzrə investisiya qərarı yoxdur".

İ.Əhmədov qeyd edib ki, əgər SOCAR gələcəkdə Rusiya ərazisindəki bu və ya digər layihələr barədə investisiya qərarı qəbul etsə, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın "Kommersant" qəzetinin məlumatına görə, SOCAR "Antipino neft emalı zavodu" SC və ona məxsus "New Stream - Moqutovskoye", hasilat aktivləri, Qremyaçevsk və Vorontsovsk neft yataqlarını satın almağı planlaşdırır. Qəzet yazır ki, SOCAR müəssisələrin aktivlərinin 100 faizini satın almaq və onların 3 milyard dollar həcmində borcunu öhdəliyə götürmək niyyətindədir. Məlumata əsasən saziş ilin sonuna qədər imzalana bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/744666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR