Trampın namizədi Dünya Bankına rəhbər təyin olunub

Trampın namizədi Dünya Bankına rəhbər təyin olunub
22:12 5 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Bankına yeni prezident seçilib.
“Report”un “TASS” Agentliyinə istinadən xəbərinə görə, bu vəzifəni ABŞ maliyyə nazirinin müavini Devid Malpass icra edəcək. Onun namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.
Bankın sabiq rəhbəri Cim Yon Kim fevralın 1-də, səlahiyyət müddəti bitmədən istefaya gedib. Cim Yon Kim qərarının səbəbini özəl sektorda fəaliyyət göstərmək istəyi ilə əsaslandırıb. Ondan sonra bu vəzifə icraçı direktor Kristalina Georgiyevaya tapşırılıb.
Xatırladaq ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı 5 illik müddətə seçilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/trampin-namizedi-dunya-bankina-rehber-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR