Avstriya internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiq edəcək

Avstriya internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiq edəcək
22:37 5 Aprel 2019
74 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) daxilində internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiqi ilə bağlı fikir ayrılığı olduğuna görə, Avstriya bu məsələdə fərdi addım atmaq qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hələ cari ilin əvvəlində vahid Avropa mövqeyi olmayacağı təqdirdə fərdi şəkildə vergi tətbiqini elan edən Avstriya hökuməti artıq konkret addımlar atacaq. Nazirlər Kabinetinin qərarına əsasən, rəqəmsal vergi haqqında qanun layihəsi hazırlanaraq ölkə parlamentinə təqdim edilməlidir.

Avstriyanın federal maliyyə naziri Hartviq Löqer mətbuata verdiyi açıqlamada deyib: "Martda Aİ ölkələrinin rəqəmsal vergi barədə danışıqları uğursuzluğa uğradıqdan sonra, Avropanın edə bilmədiyini Avstriya etmək qərarı verdi". Onun sözlərinə görə, yeni vergi sayəsində dövlət büdcəsinə ildə 200 milyon avro əlavə vəsait daxil olmalıdır.

İlkin plana əsasən, Avstriyada onlayn ticarət və reklamla məşğul olan internet şirkətləri dövriyyənin 5 faizi həcmində rəqəmsal vergi ödəməli olacaqlar. Kiçik və orta sahibkarlara əlavə vergi yükü yaratmamaq üçün hökumət rəqəmsal vergini illik dövriyyəsi 750 milyon avrodan çox olan şirkətlərə tətbiq etmək niyyətindədir. Həmin vəsaitdən 25 milyon avro Avstriyadakı fəaliyyət nəticəsində formalaşarsa, o zaman həmin internet şirkətləri Avstriyada rəqəmsal vergiyə cəlb olunacaqlar. Bununla da Avstriyada demək olar ki, heç bir vergi ödəməyən və bunu da bu ölkədə daimi nümayəndəliyə malik olmadıqlarını əsas gətirən "Amazon", "Facebook", "Google" və digər nəhəng şirkətlər vergiödəyicilərinə çevriləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR