Leyboristlər Meyə şərt qoydu: "Brexit" sazişinə yenidən baxılmalıdır

Leyboristlər Meyə şərt qoydu: "Brexit" sazişinə yenidən baxılmalıdır
23:12 5 Aprel 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya leyboristləri baş nazir Tereza Meyi “Brexit” anlaşmasına yenidən baxmağa çağırıb.
Reportun TASS-a istinadən məlumatına görə, bununla bağlı bəyanatda bildirilir ki, yalnız belə olduqda sənəd dəstək qazana bilər.
Bu arada, Leyboristlər Partiyasının “Brexit” üzrə nümayəndəsi Kir Starmer bildirib ki, təmsil etdiyi siyasi təşkilat konservatorlarla dialoqun davamında maraqlıdır.
Xatırladaq ki, Meyin rəhbərlik etdiyi hökumət bu həftə leyboristlərlə danışıqlara başlayıb. Vəziyyəti ağırlaşdıran cəhət isə ondan ibarətdir ki, nə iqtidar partiyası, nə də leyboristlər “Post-Brexit” dövrü üçün krallıqla Avropa İttifaqı arasındakı münasibətlərlə bağlı indiyədək vahid mövqe nümayiş etdirə bilməyiblər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/leyboristler-meye-sert-qoydu-brexit-sazisine-yeniden-baxilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR