Rusiyadan Liviyaya çağırış: Çıxılmaz...

Rusiyadan Liviyaya çağırış: Çıxılmaz...
23:18 5 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyi Liviyada münaqişə tərəflərinə çağırış edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, XİN tərəfləri təmkini olmağa və sabitliyi qorumağa çağırıb.

“Hərbi gücdən istifadə ölkədə qeyri-sabit vəziyyəti daha da çıxılmaz duruma salacaq. Yeni itkilərə, böhrana yol açacaq. Bu proses BMT himayəsindəki əhatəli siyasi keçidin baş tutması ehtimalına olan ümidi zəiflədəcək”, - deyə XİN-in bəyanatında deyilib.

Nazirlik Liviyadakı son vəziyyətin yalnız siyasi həll yolunun olduğunu bəyan edib.

Qeyd edək ki, Liviya Milli Ordusu hökumət qüvvələrinə qarşı hərəkətə keçərək paytaxt Tripoli ətrafına yaxınlaşıb. Hətta Xəlifə Haftarın rəhbərlik etdiyi qüvvələrin Tripoli hava limanına nəzarəti ələ keçirdiyi deyilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/274763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR